Bizim xidmətlərdən istifadə edərkən siz hazırki Müqaviləni diqqətlə oxuduğunuzu və anladığınızı bildirirsiz və buna dair üzərinizə öhdəliklər götürməniz barədə razılıq verirsiniz. Hazırkı Müqavilədə əks olunan öhdəlikləri üzərinizə götürmək istəməyədiyiniz təqdirdə, cari səhifəni tərk etməniz və tətbiqin istifadəsindən və tətbiqə daxil olmaqdan çəkinməniz xahiş olunur. Tətbiqdən istifadə etməklə və ya Tətbiqə daxil olmaqla, siz hazırkı Müqaviləyə və qaydalara riayət edəcəyinizə dair razılıq verirsiniz və hazırkı Müqavilə heç bir kənar təsir olmadan könüllü şəkildə Sizinlə Şirkət arasında bağlanır.
İSTİFADƏÇİ MÜQAVİLƏSİ № 1
(Port mobil tətbiqinin xidmətlərindən istifadə haqqında)
1.Ümumi müddəalar
1.1. Bu Müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən, “Port” mobil tətbiq platformasının müstəsna hüquq sahibi olan "PORT APP" MMC (bundan sonra "Şirkət") və digər tərəfdən öz maraqları naminə tətbiqə daxil olan və ya ondan istifadə edən istənilən fiziki və hüquqi şəxs (bundan sonra "İstifadəçi" adlandırılacaq) arasında bağlanır, tərəflər arasında yaranmış münasibətləri tənzimləyir və onların hüquq və vəzifələrini müəyyən edir.
1.2 İstifadəçi mobil tətbiqdə qeydiyyatdan keçməklə və onun funksiyalarından istifadə etməklə bu şərtlərlə tanış olduğunu, onlarla razılaşdığını, bu Müqavilənin müddəalarını qeyd-şərtsiz və tam həcmdə qəbul etdiyini və onlara riayət etməyi öhdəsinə götürdüyünü təsdiq edir. İstifadəçi bu Müqavilənin hər hansı bir şərti ilə razılaşmadığı halda, mobil tətbiqdən istifadə etmək hüququnu itirir.
2.Müqavilədə istifadə olunan anlayışlar
2.1. Şirkət - öz Nizamanməsi və Azərbaycan Respublikası qanunları əsasında fəaliyyət göstərən, müvafiq xidmətlərin göstərilməsi məqsədi ilə qurduğu mobli tətbiq platformasına müstəsna hüquq sahibi olan və onun fəaliyyətini təmin edən, habelə bu xidmətləri həyata keçirilməsi ilə bağlı bütün hüquqlara malik olan hüquqi şəxsdir.
2.2. Mobil tətbiq – evakuasiya xidmətlərinin göstərilməsi məqsədi ilə Şirkət tərəfindən yaradılmış mobil tətbiq platformasıdır.
2.3. İstifadəçi – Şirkətə məxsus sayt və ya mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçib, xidmət(lər) sifariş verən və tətbiqin funksional imkanlarından istifadə edən fiziki və hüquqi şəxsdir.
2.4. İcraçı – mobil tətbiq vasitəsi ilə sifariş alan, müvafiq haqq müqabilində xidmət göstərən, evakuasiya xidmətləri çərçivəsində İstifadəçilərə məxsus nəqliyyat vasitəsinin daşınmasını təmin edən və Şirkətin xidməti maraqlarından çıxış edən hüquqi və ya fiziki şəxsdir.
2.5. Sifariş - xidmət almaq məqsədi ilə İstifadəçi tərəfindən edilmiş müraciət və bunun əsasında evakuasiya xidmətlərinin göstərilməsi üçün bu Müqaviləni bağlamaq təklifi və ya razılığıdır.
2.6. Xidmət - Şirkət tərəfindən İstifadəçilərə mobil tətbiq vasitəsi ilə təqdim edilən xidmətlər paketi.
2.7. Xidmət haqqı – göstərilmiş xidmətlər üçün İstifadəçinin ödədiyi pul vəsaitidir.
2.8. Komissiya haqqı – göstərilmiş xidmətlər üçün İstifadəçinin ödədiyi məbləğdən Şirkətin tutduğu pul vəsaitidir.`
2.9. Məxfi məlumat - Bu Müqavilənin məqsədləri üçün Məxfi məlumat deyildikdə, məlumatın hansı formada əldə edilməsindən asılı olmayaraq Məlumat verənin Məlumat alana şifahi və ya yazılı formada, o cümlədən elektron yazışmalar vasitəsilə açıqladığı və ya hər hansı sənədin (elektron və ya kağız formasında) verilməsi yolu ilə açıqlanan bütün məlumatlar nəzərdə tutulur.
3. Müqavilənin predmeti
3.1. Mobil tətbiq - İstifadəçilərə kommersiya məqsədləri üçün təqdim olunur. Şirkət hazırki mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçmiş İstifadəçiyə bir sıra xidmətlər təqdim edir. İstifadəçi isə öz növbəsində mobil tətbiqin funksiyalarından istifadə edib müvafiq sifarişlər verə bilir.
3.2. İstifadəçi nəqliyyat vasitəsinin evakuasiya xidmətlərini almaq məqsədi ilə mobil tətbiqdə sifariş yerləşdirir və müqavilə şərtləri ilə müəyyən edilmiş qaydada xidmətlərə görə ödəniş etməyi öhdəsinə götürür, Şirkət isə İstifadəçi tərəfindən verilmiş sifarişi təmin edib öz İcraçıları vasitəsi ilə nəqliyyat vasitəsinin daşınmasını həyata keçirməyi öhdəsinə götürür.
3.3. Şirkət, İstifadəçiyə mobil tətbiq vasitəsi ilə müəyyən edilmiş parametrlər əsasında əlavə xidmətlər təklif edə bilər. Bu tip xidmətlərin bütün mövcud funksiyaları, eləcə də onların hər hansı inkişafı və yenilərinin əlavə edilməsi bu müqavilə ilə tənzimlənir.
4. Xidmətdən istifadə qaydası, hüquqlar və vəzifələr
4.1. Bu Müqavilə Şirkət tərəfindən İstifadəçilərə mobil tətbiq vasitəsi ilə evakuasiya xidmətindən istifadə etmək üçün təqdim edilir. İstifadəçi mobil tətbiqin təqdim etdiyi fərdi funksiyalar və xidmətlərdən istifadə etməzdən öncə Bu Müqavilənin şərtləri və digər hüquqi sənədlərlə tanış olmalıdır. İsdifadəçi sənədlərələ tanış olmasına və onları tam şəkildə başa düşdüyünə dair müvafiq xananı işarələdikdən sonra bu müqavilənin şərtlərini və digər hüquqi sənədləri qeyd-şərtsiz və ya istisnasız olaraq tam şəkildə qəbul etmiş sayılır. Lakin, İstifadəçi bu Müqavilə şərtlərini və digər hüquqi sənədlərin hər hansı müddəaları ilə razılaşmırsa, bu zaman xidmətdən istifadə hüququnu itirir.
4.2. İstifadəçi bu müqavilənin şərtləri ilə tanış olub razılaşdıqdan sonra hər hansı xidməti sifariş verə bilir və onun üçün xidmətlər seçimi bölməsi aktiv olur. Əgər İstifadəçi bu müqavilənin şərtələri(mətni) ilə tanış olmayıb, lakin “tanış oldum” xanasını işarələməklə xidmətlər sifariş verməyə davam edirsə, bu zaman məsuliyyəti özü daşıyır və gələcəkdə müqavilənin hər hansı bir şərt(lər)ini mübahisələndirmək hüququnu itirir.
4.3. Şirkət istənilən vaxt bu müqavilə şərtlərin müddəalarını dəyişdirmək hüququna malikdir, həmçinin istənilən vaxt digər hüquqi sənədlərin şərtlərini dəyişdirmək hüququna malikdir. Bu zaman yeni müqavilə şərtlərini sayt və mobil tətbiqdə yerləşdirir. Şərtlərin və normativ sənədlərin yeni versiyası ilə tanış olmaq vəzifəsi İstifadəçinin üzərinə düşür və buna dair məsuliyyəti (riski) özü daşıyır. İstifadəçi müqavilə şərtlərinə edilən dəyişikliklərlə razılaşmadığı hallarda xidmətdən istifadəni dayandıra bilər. Müqavilə şərtlərinə və digər sənədlərə edilən dəyişikliklərdən sonra xidmətdən istifadənin davam etdirilməsi onların yeni versiyasına razılıq hesab edilir.
4.4 İstifadəçinin olduğu yerdən asılı olaraq, xidmətin bəzi və ya bütün funksiyaları mövcud olmaya və ya məhdud ola bilər. Funksiyalar müəyyən regiondan olan İstifadəçi üçün əlçatmaz (məhdud) sayılır və belə İstifadəçi onlardan açıq şəkildə istifadə edə bilmir. Bu məhdudiyyətləri aşmaq üçün hər hansı texniki və ya proqram metodlarından istifadə qadağandır. Xidmətin İstifadəçi üçün əlçatmaz funksiyalarını tənzimləyən bu Şərtlərin müddəaları bu funksiyalar İstifadəçi üçün açıq şəkildə mövcud olana qədər tətbiq edilmir.
4.5. İstifadəçi tərəfindən bu müqavilənin şərtləri pozulduqda, səlahiyyətli orqanların verdiyi qərarlar, qanun normalarının tələbləri pozulduqda, başqaları üçün təhlükə yaradan hərkətlər edildikdə, Şirkətə və ya üçüncü şəxslərə zərər vurulduqda, Şirkət heç bir izahat vermədən belə hərəkətlərin qarşısını almaq özünün və üçüncü şəxslərin hüquq və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə İstifadəçiyə xidmətin göstərilməsini müvəqqəti və ya daimi məhdudlaşdıra bilər.
5.Tətbiqdən istifadə qaydası, fərdi məlumatların emalı və saxlanması
5.1. Tətbiqə giriş əldə etmək üçün İstifadəçi mobil tətbiqdə qeydiyyatdan keçməli və müvafiq hesaba malik olmalıdır. İstifadəçinin qeydiyyatdan keçməsi üçün yetkinlik yaşına çatması və tam hüquq qabiliyyətinə malik olması vacib şərtdir.
5.2. İstifadəçi mobil tətbiqdə qeydiyyatdan keçərkən tələb olunan şəxsi məlumatları (ad, soyad, ata adı, mobil telefon nömrəsi, e-poçt ünvanı, bank kartının rekvizitləri) təqdim etməlidir. Qeydiyat tamamlandıqdan sonra Şirkət, İstifadəçiyə hesaba daxil olmaq üçün lazım olan icazəni verir. İstifadəçi hesabının avtorizasiya üçün lazım olan məlumatları açıqlamamağı və üçüncü şəxslərə ötürməməlidir. İstifadəçi yalnız bir hesaba sahib olmaq hüququna malikdir. Məlumatların itirilməsi halında, İstifadəçi bu barədə dərhal Şirkətə məlumat verməyi öhdəsinə götürür, bundan sonra Hesab bərpa olunur və ya sonradan yeni hesab yaradılması ilə bloklanır.
5.3. İstifadəçi xidmət funksiyasının həyata keçirilməsi üçün zəruri olan SMS mesajlarını almağa razılaşır. İstifadəçi hesabını qeydiyyatdan keçirərkən istifadəçinin telefon nömrəsinə SMS mesajı vasitəsilə parol göndərilir. İstifadəçi bu parolu qeydiyyat üçün müvafiq sahəyə daxil edir. Şifrəni daxil etdikdən və qeydiyyat prosedurunu tamamladıqdan sonra İstifadəçi qeydiyyatdan keçmiş sayılır eyni zamanda da Müqavilənin şərtlərini qəbul etmiş hesab olunur.
5.4. Tərəflər razılaşır ki, hüquqi əhəmiyyətli sənədlərin mübadiləsi elektron poçt, eləcədə İstifadəçinin tətbiqdə qeydiyyat zamanı göstərdiyi e-poçt ünvanından istifadə etməklə elektron yazışmalar vasitəsilə həyata keçiriləcək.
5.5. Şirkət öz mülahizəsinə əsasən, İstifadəçinin hesabından istifadə edərək mobil tətbiqə (onun funksiyalarına) çıxışını məhdudlaşdırmaq və ya hesabı tamamilə bloklamaq hüququnu özündə saxlayır. Şirkət bu hüququndan o hallarda istifadə edir ki, İstifadəçi bu müqavilə şərtlərini dəfələrlə pozduqda və ya qanunun tələblərinə riayət etmədikdə və ya üçüncü şəxslərin hüquq və qanuni mənafelərini pozan hərəktlər etdikdə o zaman Şirkət bu hərəkətlərin qarşısını almaq üçün İstifadəçiyə qarşı müvafiq tədbirlər görmək məcburiyyətində qalır.
5.6. İstifadəçi şəxsi məlumatlarını Şirkət tərəfindən emal edilməsinə öncədən razılıq verir. İstifadəçi tətbiqdə qeydiyyatdan keçib xidmətdən istifadə etdikdə, şəxsi məlumatları fərdi məlumatların emalı və saxlanması və məxfilik siyasəti müqaviləsində müəyyən edilmiş şərtlər daxilində emal olunması üçün mobil tətbiqə ötürülür. İstifadəçi razılıq verir ki, Şirkət hüquq və qanuni mənafelərinin həyata keçirilməsi məqsədləri ilə əsaslandırılmış dərəcədə bəzi şəxsi məlumatlar telekommunikasiya operatorlarına ötürə, habelə Şirkət və İstifadəçiyə xidmət göstərən telekommunikasiya operatorlarından alına bilər.
6. Konfidensiallıq (Məxfilik siyasəti)
6.1. Bu Müqaviləyə əsasən Tərəflər qarşılıqlı şəkildə bir-birinə açıqlanan məlumatları məxfi məlumatlar kimi dəyərləndirərək onların qorunub-saxlanılmasını və həmin məlumatların yayılmamasını öhdələrinə götürürlər.
6.2. Şirkət, İstifadəçilərin mobil tətbiqdən etibarlı və rahat şəkildə istifadə etmələrini təmin etmək və tətbiqdə həyata keçirdikləri hər bir əməliyyat zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verir.
6.3.Aşağıdakı məlumatlar məxfi məlumat hesab edilmir: Məlumat alanın və onun nümayəndələrinin təqsiri olmadan açıqlanmış və ya ictimaiyyətə artıq məlum olan məlumatlar; Məlumat alana təqdim olunana qədər artıq ona məlum olmuş, o cümlədən 3-cü şəxs(lər) tərəfindən təqdim olunan həmin məlumatlar; Məxfi olmaması dəqiqliklə göstərilmiş məlumatlar, yaxud hər hansı Tərəfə müstəqil şəkildə məlum olmuş məlumatlar.
6.4. İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq Şirkət tərəfindən qorunur və İstifadəçinin yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülmür. Lakin, bu Müqavilə əsasında məxfilik tələbləri Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məlumatların dövlət orqanlarına açıqlanmasına şamil olunmur. Belə ki, hər hansı cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədi ilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən mobil tətbiqə daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və rəsmi sorğuları əsasında İstifadəçinin razılığı alınmadan həmin orqanlara təqdim oluna bilər.
6.5.İstifadəçi mobil tətbiqdən istifadə zamanı konfidensiallıq şərtlərinə əməl etməlidir. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü için məsuliyyət daşıyır. İstifadəçinin mobil tətbiqə yerləşdirdiyi məlumatlar Şirkət için konfidensial xarakter daşıyır və məlumatların konfidensiallığının qorunması təmin edilir.
7. Xidmət haqqı və ödəniş qaydaları
7.1 İstifadəçi ona göstərilən xidmətlərə görə hesablanmış xidmət haqqını - nağdsız ödəniş və ya nağd şəkildə həyata keçirilə bilər.
7.2. İstifadəçinin təqdim etdiyi bank kartından nağdsız ödəmələr ödənişlərin qəbulu üzrə səlahiyyətli operatorun, yaxud elektron pul operatorunun, yaxud hesablaşmaların, informasiya texnologiyaları ilə qarşılıqlı əlaqənin digər iştirakçılarının vasitəsi ilə həyata keçirilir.
7.3. Hər hansı səbəbdən nağdsız ödənişin həyata keçirilməsi mümkün olmadıqda (funksiyanın müvəqqəti dayanması, texniki nasazlıq, bank kartında kifayət qədər vəsait olmaması) İstifadəçi ödənişi Nağd şəkildə həyata keçirməyi öhdəsinə götürür. İstifadəçi sifarişdən əvvəl Şirkətə və İcraçıya bu şərt barədə məlumat verməlidir.
7.4. İstifadəçi öz bank kartını tətbiqin interfeysində göstərə bilər və bunun üçün (Bank kartının sahibi, Bank kartının nömrəsi, Etibarlılıq müddəti və Təhlükəsizlik kodu haqda) məlumatlarını təsdiq etməlidir. İstifadəçi tərəfindən təqdim edilmiş bank kartı etibarlıdırsa, rekvizitləri düzgündürsə və bu kartdan istifadə mümkündürsə, bu bank kartı etibarlı (Valid) statusun alır və nağdsız ödənişlər üçün istifadə olunur. İstifadəçi sifariş verdikdən sonra sistemə etibarsız və ya içində pul vəsaiti olmayan bank kartı məlumatları daxil edildikdə xidmət bloklanır.
7.5. Evakuasiya edilmiş nəqliyyat vasitəsi yükləndikdən sonra hərəkət marşrutunda dəyişiklik baş verərsə və bu zaman xidmətin dəyərində fərq yarandığı üçün sifarişin verildiyi vaxt qoyulan tarifə əlavə haqq hesablanır.
7.6. Xidmətin yekun dəyəri İstifadəçi sifarişi verməzdən əvvəl tətbiqdə ona (göstərilir) təqdim edilir. Bundan sonra İstifadəçi öz sifarişin verir xidmət haqqını ödəyir. İstifadəçinin yanlış məlumat təqdim etməsi nəticəsində nəqliyyat vasitəsinin başqa ünvana çatdırılmasına görə Şirkət məsuliyyət daşımır və həmin sifariş üzrə xidmət artıq icra edilmiş hesab edilir.
7.7. Şirkət, İstifadəçi tərəfindən təqdim edilmiş bank kartı məlumatlarını yoxlamaq imkanı yoxdur və buna görə də nağdsız ödənişlər zamanı ötürülən məlumatların təhlükəsizliyinə və məxfiliyinə görə məsuliyyət daşımır, lakin səlahiyyəti daxilində olan bütün məlumatların qorunması üçün lazımi tədbirləri görür. Nağdsız ödənişlər İstifadəçi tərəfindən səlahiyyətli ödəniş qəbul edən operatorun, yaxud elektron pul operatorunun, yaxud hesablaşmaların, informasiya texnologiyalarının qarşılıqlı fəaliyyətinin digər iştirakçılarının iştirakı ilə həyata keçirilir və beynəlxalq ödəniş sistemlərinin, bankların və hesablaşmaların digər iştirakçılarının qaydaları ilə tənzimlənir. Hazırki mobil tətbiqdə İstifadəçinin etdiyi nağdsız ödənişlər tətbiqə inteqrasiya edilmiş “Goldenpay” onlayn ödəniş sistemi vasitəsi ilə həyata keçirilir.
7.8. İstifadəçi öz məlumatlarını dəqiq göstərməyi, öz adına olan etibarlı bank kartı təqdim etməyi və nağdsız ödənişlərin həyata keçirilməsi proseduruna uyğun hərəkət etməyi öz öhdəsinə götürür və əks halda məsuliyyət daşıyacağını anlayır.
7.9. İstifadəçi öncədən bəyan və təsdiq edir ki, mobil tətbiqdə qeydiyyatdan keçərkən təsdiq için istifadə etdiyi telefon nömrəsi vasitəsi ilə həyata keçirilən bütün hərəkətlər və bank kartından istifadə etməklə edilən nağdsız ödənişlər bilavasitə İstifadəçinin adından həyata keçirilmiş hesab olunacaq.
7.10. Şirkət, müvafiq xidmətlərin göstəriləməsi çərçivəsində istənilən vaxt İstifadəçinin təqdim etdiyi məlumatları, bank kartının məlumatlarını təsdiq etməyi tələb etmək və bununla bağlı təsdiqedici sənədləri (şəxsiyyəti təsdiq edən sənədləri) tələb etmək hüququ vardır.
7.11. Xidmətlərin dəyəri haqqında məlumatlar mobil tətbiqdə yerləşdirilir. Şirkət istənilən vaxt xidmətlərin tariflərini birtərəfli qaydada dəyişmək hüququnu özündə saxlayır. Yeni tariflər haqqında məlumat mobil tətbiqin interfeysində öz əksini tapır.
7.12. Şirkət, İstifadəçinin sifariş verdikdən sonra heç bir əsaslı səbəb olmadan həmin xidmətdən imtina etməsinə görə müvafiq haqq (cərimə) tuta bilər.
7.13. Nəqliyyat vasitəsinin daşınması ilə bağlı problemlər (təkərlər qopmuş və ya bloklanmış) olarsa və bunun üçün əlavə xidmətlərinin göstərilməsinə və əlavə avadanlıqların işə cəlb olunması tələb olunarsa, o zaman xidmətin dəyəri dəyişdirilə bilər.
8. Məsuliyyət
8.1. Tərəflər Müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər.
8.2. İcraçı tərəfindən İstifadəçinin nəqliyyat vasitəsinin daşınması zamanı (və ya xidmətlərin göstərilməsi nəticəsində) İstifadəçiyə dəymiş ziyana görə Şirkət heç bir məsuliyyət daşımır. Xidmətlərin göstərilməsi nəticəsində İstifadəçinin əmlakına (nəqliyyat vasitəsinə) dəymiş bütün zərərlər mülki qanunvericiliyin tələblərinə əsasən İcraçı tərəfindən ödənilir.
8.3. Şirkət xidmətlərin göstərilməsinin gecikdirilməsinə və ya İcraçı tərəfindən onları təmin edə bilməməsinə görə məsuliyyət daşımır.
8.4. Tərəflər bu Müqavilədə göstərilən öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vurulmuş real zərər həcmində maddi məsuliyyət daşıyır.
9. FORS MAJOR HALLAR
9.1. Tərəflərin iradəsindən asılı olmayan qarşısıalınmaz qüvvənin təsiri nəticəsində Müqavilə üzrə üzərlərinə düşən öhdəliklərin tamamilə və ya qismən icra edilməməsi için məsuliyyətdən azad olunurlar, bu şərtlə ki, həmin qarşısıalınmaz qüvvənin və fövqəladə halların təsiri səbəbindən yaransın, aidiyyəti olan tərəf bunu əvvəlcədən görmək və ya qarşısını almaq imkanına malik olmasın və qarşı tərəfi bu barədə yazılı surətdə gecikmədən xəbərdar etsin.Bu bənddə “tərəflərin iradəsindən asılı olmayan qarşısıalınmaz qüvvə” dedikdə təbii fəlakət, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş iğtişaşları və s. analoji hadisələr, hökumətin, bələdiyyənin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli ölkə tərəfindən qeyri mümkün ola bilən hadisələr nəzərdə tutulur.
9.2. Əgər hər hansı tərəflərdən biri Müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuş xəbərdaretmə vəzifəsini yerinə yetirməzsə, bununla qarşı tərəfə vurulmuş zərərlərin əvəzini ödəməlidir.
9.3. Bu Müqavilənin 8.1-ci bəndində nəzərdə tutulmuş hallar mövcud olduqda, Müqavilə üzrə öhdəliklərin icra müddəti həmin halın davam etdiyi müddət qədər uzadılır.
10. Mübahisələrin Həlli
10.1. Tərəflər arasında yaranmış bütün fikir ayrılıqları və ya mübahisələr danışıqlar yolu ilə həll edilir. Yaranmış mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda və hər hansı razılıq əldə edilmədikdə Tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər.
11. Müqavilənin digər şərtləri
11.1. İstifadəçi, mobil tətbiqdən təyinatı üzrə istifadə etmək, onu öz mobil cihazına digər mobil cihazlarda quraşdırmaq hüququna malikdir. İstifadəçi, Şirkətin mobil tətbiqdən istifadə edərkən xidmətin adını və müəllif hüquqları sahibinə istinadları dəyişdirmək və ya silmək hüququ yoxdur.
11.2. Bu Müqavilədə və mülki qanunvericilikdə nəzərdə tutulmuş həcmlərdə və üsullarda istifadə istisna olmaqla, İstifadəçinin mobil tətbiqdə istifadə olunan alqoritmlərin həyata keçirilməsinə dair məlumat əldə etməyə yönəlmiş hərəkətlər etmək, xidmətin obyekt kodunu və mənbə mətnini dəyişdirmək, dekompilyasiya etmək, sökmək, şifrəsini açmaq və ya digər hərəkətləri etmək qadağandır və bu tip hərəkətlər məsuliyyət yaradır.
11.3. Şirkətin yazılı razılığı olmadan istifadəçinin xidmətləri kommersiya məqsədləri üçün proqram məhsulları kolleksiyalarının bir hissəsi kimi təkrar istehsal etmək və yaymaq hüququ yoxdur.
11.4. Xidmətdən Müqavilədə nəzərdə tutulmayan şərtlərdə istifadə Şirkətin yazılı razılığı ilə mümkündür.
Şirkətin Rekvizitləri:
“PORT APP” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1309429221
Hüquqi ünvanı: AZ1138, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə, Ev.138, m.39
Əlaqə tel: +994 50/55 000000
E-poçt: info@port.az
Bank rekvizitləri: