
Avtoparkınızı PORT ilə daha səmərəli idarə edin
PORT ilə evakuator, yükdaşıma və digər xidmət nəqliyyat vasitələrindən ibarət parkınızı daha çevik, şəffaf və sistemli şəkildə idarə edin. Sürücülərinizi platformaya qoşun, sifarişləri izləyin, gəlirləri izləyin və bütün əməliyyatları vahid panel üzərindən rahatlıqla nəzarətdə saxlayın. Təkcə qazanc deyil, idarəetmədə səmərəlilik, vaxt qazanmaq və biznes proseslərini optimallaşdırmaq üçün PORT sizin tərəfdaşınızdır.
Qeydiyyatdan Keç
Sürətli başlanğıc
Sadə qeydiyyat və komanda ilə ilkin görüşdən sonra qısa zamanda aktiv fəaliyyətə başlaya həmçinin idarə etmə panelindən istifadə edə bilərsiniz
Avtoparkınızı bir paneldən idarə edin
Hər bir sürücünün aktivliyini, sifariş tarixçəsini və gəlirini real vaxtda izləyin. Nəqliyyat vasitələrinizi, marşrut paylaşımını tək platformadan mərkəzləşdirilmiş şəkildə idarə edin.
Xidmət sahələri üzrə çevik bölgü
Evakuator, yükdaşıma, ayıq sürücü və digər xidmətləri bir platformada fərqli kateqoriyalarla idarə edə bilərsiniz.
24/7 dəstək və texniki yardım
Texniki problem və ya sual yarandıqda komandamız hər zaman yanınızdadır – sizin işinizin fasiləsizliyi bizim üçün önəmlidir.
Performansa əsaslı sifariş bölgüsü
Sürücülərin aktivlik səviyyəsi və legv etmə faizi sistem tərəfindən izlənir. Yüksək göstəricilərə sahib sürücülər daha çox sifariş alır. Bütün performans indikatorları paneldə sizə görünür.
Sürücülərə nəzarət et
Avtoparkınızdakı bütün sürücülərin aktivlik statusunu, əlaqə məlumatlarını, sürücü vəsiqələrini və balans vəziyyətini bir baxışda izləyin. Aktiv, qeyri-aktiv və passiv sürücüləri rahatlıqla filtr edin.
PORT ilə əməkdaşlıq üçün müraciət et
Qısa formu doldurun və sahibkar olaraq sistemə qoşulmaq üçün ilkin addımı atın.
Partnyor olMenecerimiz sizinlə ən qısa zamanda əlaqə saxlayıb görüş təyin edəcək
Komandamız sizinlə əlaqə saxlayaraq qısa təqdimat görüşü təyin edəcək və proses haqqında sizi məlumatlandıracaq və sizdən detallı məlumat alacaq.
Yoxlama və aktivləşmə
Komandamız məlumatları yoxlayır və profiliniz təsdiqləndikdən sonra sistemdə aktiv olursunuz.
Daxil olİdarə etməyə başlayın
Qeydiyyat tamamlandıqdan sonra avtoparkınızı yükləyin və komandanızla birgə qazanc əldə etməyə başlayın.
PORT ilə əməkdaşlıq üçün Sənədlər
Sənədlər
Şəxsiyyəti təsdiqləyən sənəd
Etibarlı sürücülük vəsiqəsi
Sifarişləri icra etmək üçün evakuator (Evakuatorunuz yoxdursa, bizimlə əməkdaşlıq edən tərəfdaşların evakuatorlarını idarə edə bilərsiniz.)
Vəzifələr
Tətbiq üzərindən daxil olan evakuasiya sifarişlərini qəbul edib, düzgün və operativ şəkildə icra etmək.
Müştərilərlə nəzakətli və məsuliyyətli şəkildə ünsiyyət qurmaq.
Hər sifarişdə punktuallıq nümayiş etdirmək.
İş şərtləri
Sərbəst iş qrafiki
Sifariş əsasında formalaşan əməkhaqqı
Qazancı çıxarmaq üçün sadə və rahat sistem
24/7 işləyən çağrı mərkəzi – sifariş zamanı yaranan bütün vəziyyətlərdə sizə dəstək
Fərdi sahibkarlar və hüquqi şəxslər üçün şəxsi hesab paneli, podratçılar üçün şəxsi menecer dəstəyi – hər cür problemi həll etməyə hazır
Hər bir sahibkarın güvənilən partnyoruyuq.
PORT sürücü tətbiqi ilə birbaşa müştərilərdən sifariş qəbul edin, nə vaxt işləyəcəyinizi özünüz seçin və Port sizə sürücüləri və gəlirləri bir paneldən idarə etməyə imkan verir. Avtoparkınızı rahatlıqla yönəldin, əməliyyatlara nəzarət edin, 24/7 dəstək və şəffaf qazanc sistemi ilə biznesinizi böyüdün. sürücülər üçün PORT sifarişlərə çıxış, şəffaf gəlir hesabaG və 24/7 texniki dəstək təqdim edir. Tək plaforma ilə bütün iş prosesinizi rahatlıqla idarə edin.








