
Sürətli və Etibarlı Yoldaşınız
Biz yolda qaldığınız anlarda yanınızdayıq. Evakuator, yükdaşıma, yanacaq və ayıq sürücü xidmətlərimizlə hər zaman və hər yerdə kömək edirik. İstədiyiniz zaman, təkcə bir toxunuşla dəstək alın.


Yolda tək deyilsiniz — Biz buradayıq!
Həyat bəzən gözlənilməz anlarda bizə sürprizlər edir. Yolun ortasında avtomobiliniz dayandıqda, təkəriniz partladıqda və ya yanacaq bitdiyində sizi yolda tək buraxmırıq. Biz hər zaman və hər yerdə sizin yanınızda olan mobil xidmət platformasıyıq.
Tətbiqimiz evakuator, yükdaşıma, ayıq sürücü, təkər təmiri, yanacaq çatdırılması və digər xidmətləri bir araya gətirir. Sadəcə bir toxunuşla ehtiyac duyduğunuz xidməti sifariş edin və ən yaxın peşəkarlarımız sizə kömək üçün yola çıxsın.
Məqsədimiz avtomobil sahiblərinin həyatını asanlaşdırmaq, gözləmə vaxtını minimuma endirmək və etibarlı xidmət təcrübəsi təqdim etməkdir. İstər şəhər mərkəzində, istərsə də magistral yollarda — biz daim yanınızdayıq.
10,000+ istifadəçi
Bizim xidmətlərimizə etibar edən insanlar
200+ partnyor
Peşəkar evakuator, usta və sürücü şəbəkəsi
97% məmnun müştəri
Xidmət keyfiyyətindən razı qalan istifadəçilər
Texniki nasazlıq, qəza və ya digər hallarda yanınızdayıq. Evakuator, texniki yardım və servis yönləndirməsi kimi əsas sürücü xidmətlərini bir araya gətirdik ki, yolda qalmaq artıq problem olmasın.

Evakuator çağırışı

Evakuator çağırışı
Yolda qəfil texniki problem, qəza və ya nasazlıqla üzləşmək heç kimin planında olmur. Bu anlarda ən vacibi — vaxtında və etibarlı yardım almaqdır. Biz sizə sürətli və peşəkar evakuator xidməti təklif edirik. Tətbiq vasitəsilə bir neçə saniyəyə yaxınlıqdakı evakuatoru çağırın və yerinizi qeyd edin.Peşəkar sürücülərimiz qısa zamanda çataraq avtomobilinizi təhlükəsiz şəkildə istədiyiniz ünvana çatdıracaq. Hər zaman, hər yerdə — biz yolda tək qalmamağınız üçün buradayıq.

Yükdaşıma xidməti

Yükdaşıma xidməti
Tikinti-təmir işlərində istifadə olunan qabarit və ağır materialların daşınması bəzən çətin və vaxt aparan prosesə çevrilə bilər. Biz bu işi sizin üçün asanlaşdırırıq. Taxta, dəmir, alçıpan, boya və digər təmir ləvazimatlarının istənilən ünvana çatdırılması üçün peşəkar yükdaşıma xidmətimizi təqdim edirik. Tətbiq vasitəsilə bir neçə toxunuşla sifarişinizi yaradın və yükünüzü etibarlı sürücülərimiz vasitəsilə təhlükəsiz və vaxtında ünvanınıza çatdıraq. İstər fərdi, istərsə də biznes ehtiyaclarınız üçün buradayıq.

Şəxsi sürücü

Şəxsi sürücü
Bəzən xüsusi günlərdən, tədbirlərdən və ya istirahətdən sonra avtomobil idarə etmək riskli və məsuliyyətsiz qərara çevrilə bilər. Bu kimi hallarda sizə yaxın olan ayıq sürücülərimiz köməyə hazırdır. Sadəcə tətbiq üzərindən sifariş verin, sürücümüz qısa müddətdə yerləşdiyiniz ünvana gələrək sizi və avtomobilinizi təhlükəsiz şəkildə ist’diyiniz ünvana çatdıracaq. Gecə və ya gündüz fərq etməz, biz məsuliyyətli seçimlər üçün hər zaman yanınızdayıq.

Akkumulyator servisi

Akkumulyator servisi
Avtomobilin səhər-səhər işə düşməməsi çox vaxt gözlənilməz və narahatedici vəziyyət yaradır. Biz bu hallarda yanınızdayıq! Peşəkar komandamız sizə yerindəcə “jump start” xidməti göstərərək avtomobilinizi işə salır və yolunuza davam etməyinizə kömək edir. Tətbiq vasitəsilə tez və rahat şəkildə çağırış edin, biz sizi yolda qoymamaq üçün buradayıq!

Təkər təmiri

Təkər təmiri
Yolda gedərkən təkərin deşilməsi və ya təzyiqin itməsi sizi gözlənilmədən dayandırarsa, narahat olmayın, biz kömək üçün buradayıq. Peşəkar ustalarımız qısa müddətdə yerinizə gələrək təkərin təmirini həyata keçirir və ya ehtiyac olduqda onu ehtiyat təkərlə əvəz edir. Xidmətimiz həm şəhər içində, həm də şəhərdən kənar ərazilərdə operativ şəkildə həyata keçirilir. Tətbiq üzərindən bir toxunuşla çağırış edin – təhlükəsiz və rahat hərəkətiniz bizimlə təmin olunsun.

Yanacaq çatdırılması

Yanacaq çatdırılması
Yolda gedərkən gözlənilmədən yanacağınız bitdisə və yaxınlıqda yanacaqdoldurma məntəqəsi yoxdursa, panikaya düşməyin. Tətbiq vasitəsilə yardım çağırın, operativ komandamız müəyyən etdiyiniz növ və miqdarda yanacağı birbaşa yerləşdiyiniz ünvana çatdıracaq. Şəhərdaxili və şəhərətrafı ərazilərdə təhlükəsiz və vaxtında xidmət göstərərək, yolunuza qaldığınız yerdən davam etməyinizə kömək edirik.
Tez tez soruşulan suallar
Tətbiqdə hansı xidmətlərdən yararlanmaq olar?
- Evakuator xidməti
- Yükdaşıma
- Akkumulyatorun yüklənməsi
- Təkər dəyişdirilməsi
- Yanacaq çatdırılması
- Avıq sürücü xidməti
Tətbiqdəki xidmətlərdən necə yararlanmaq olar?
- Tətbiqi yükləyin və qeydiyyatdan keçin
- Əsas səhifədən istədiyiniz xidmət növünü seçin
- Gedəcəyiniz ünvanı daxil edin
- Uyğun kateqoriyanı seçin və sorğunu təsdiqləyin
Evakuator xidmətini necə sifariş edə bilərəm?
- Əsas səhifədən "Evakuator" xidmətini seçin
- Gedəcəyiniz ünvanı daxil edin
- Nəqliyyat vasitənizə uyğun kateqoriyanı (Sedan, SUV, motosiklet və s.) seçin
- Sorğunu təsdiqləyin
Hansı ərazilərdə xidmət göstərirsiniz?
Bakı, Sumqayıt, Gəncə şəhəri və digər bölgələrdə
Xidmət haqqını bank kartı ilə ödəmək mümkündürmü?
Bəli mümkündür, tətbiq daxilində sifarişi təsdiq etməzdən əvvəl kart məlumatlarınızı daxil edərək ödənişinizi icra edə bilərsiz
